18 iyul 2014 22:25
Xəzər Lənkəran Yurmala üzərində qələbəyə sevindi
Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinun bu dəfəki rəqibi Latviyanın “Yurmala” klubu olub.
Bakı vaxtı ilə saat 20:30-da başlayan görüş cənubluların qələbəsiylə başa çatıb.
Xatırladaq ki, "Xəzər Lənkəran" Sloveniyadakı ilk sınağında Ukrayna "Karpatı"sına 2:1 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
18 iyul
Xəzər Lənkəran - Yurmala - 3:1
