İqor Ponomaryov: Bakının belə aqibətlə üzləşməsi məni çox üzdü
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov "Bakı" klubunun maliyyə problemi olmasına görə təəssüfləndiyini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı Azərbaycanda gözəl infrastruktura malik komandalardan biridi. Hər zaman iddialı olub. Klub rəhbərliyi dəfələrlə ulduz futbolçuları heyətə cəlb edib. Mətbuatı izləyirəm və çox üzülürəm. "Bakı"nın probleminin olması yaxşı deyil. Ümid edirəm hər şey düzələcək. Komanda özünə gələcək. Maliyyə futbolda əsas amillərdəndi. "Bakı" rəhbərliyi hər zaman Azərbaycan futbolunu düşünüb və onun inkişafına kömək olub. Hadisələrlə bağlı dəqiq informasiyam yoxdu. Yalnız mətbuatdan öyrənirəm. İnanıram ki, "Bakı"nın problemləri həll olunacaq və komanda əvvəlkitək iddialı olacaq".
