18 iyul 2014 01:10
Arif Daşdəmirov: Cavab matçında tam fərqli oynayacağıq
Bakı "İnter"inin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:
"Çətin oyun oldu. Üç qol vura bilərdik. O zaman cavab görüşünə daha rahat çıxacaqdıq. Amma bu şansı qaçırdıq. Cavab görüşündə fərqli oynayacağıq".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək.
