17 iyul 2014 00:55
Elfsborqun baş məşqçisi İnterlə oyunda olmayacaq
İsveçin "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək Bakı "İnter"i ilə ilk oyunda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, onun sağlıq durumunda problem var.
Bu üzdən də onu Azərbaycan klubu ilə oyunda köməkçisi Yan Miyan əvəz edəcək.
