17 iyul 2014 12:52
Dieqo Madriqal: Cütün taleyi Bakıda həll olunacaq
"İnter"in futbolçusu Dieqo Madriqal bu gün keçiriləcək İsveç "Elfsborq"u ilə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səfərdə oynamaq heç vaxt asan olmur. İsveç təmsilçisi zəngin avrokubok təcrübəsinə malikdi. Şanslar bərabərdi. Sadəcə, biz "Tiraspol"la oynadığımızdan daha yaxşı oynamalıyıq. İsveç klubları həmişə sürətli futboluyla seçilib. Skandinav futboluna qarşı mübarizə aparmaq asan deyil. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Buna görə ilk görüşdə sərfəli nəticə qazanmaq vacibdi. Qol vurmağa çalışmaqla yanaşı həm də qapımızı toxunulmaz saxlamalıyıq".
