17 iyul 2014 12:35
Elxan Məmmədov: Yığma komandaya sanksiya tətbiq olunacaq
AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Azərbaycanın tələbələrdən ibarət yığmasının Malaqada təşkil olunan dünya çempionatından uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, komandanın cəzalanacağını dilə gətirib:
"Yığmanı dünya çempionatına AFFA göndərməmişdi. Heç bur barədə AFFA-nın saytında rəsmi məlumat da yox idi. Bu komanda Futzal Federasiyası və Tələbə Futbol Federasiyasının xətti ilə səfərə yollanmışdı. Komandaya qarşı sanksiya tətbiq edəcəyik".
