17 iyul 2014 00:34
Amit Quluzadə Portiqaliya klubu ilə anlaşa bilmədi
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Amit Quluzadə özün yeni iş yeri axtarmağa davam edir. Azerisport.az xəbər verir ki, futbolçumuz Portuqaliyanın "Beyra Mar" klubuna keçə bilərmiş.
Hətta tərəflər iki illik müqavilə ilə bağlı razılığa da gəliblərmiş. Lakin son anda bu danışıqlar uğursuz nəticələnib.
Qeyd edək ki, Quluzadənin bundan öncə Türkiyənin "Orduspor" klubuna keçidi də baş tutmamışdı.
