17 iyul 2014 00:23
Rəşad Sadıqov Valletta ilə cavab matçını da buraxmalı olacaq
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sı ilə cavab matçında da iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi komanda ilə birgə məşq etsə də, hələ meydana çıxmağa hazır deyil.
Qeyd edək ki, "Qarabağ" "Valletta" ilə ilk oyunda da Sadıqovsuz çıxış etmiş və 1:0 hesabıyla qalib gəlmişdi.
