17 iyul 2014 00:12

İnterlə Neftçi Avroliqada növbəti sınağına çıxır

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən komandalar da növbəti sınaqlarına çıxacaqlar.

Təmsilçilərimizdən biri - "İnter" ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Debüt mövsümündə Bosniya və Herseqovina "Şiroki Briyeq"inə uduzan (0:2, 0:3) "Qəbələ"dən fərqli, "bankirlər" Moldova "Tiraspol"una hər iki oyunda qalib gələrək (3:2, 3:1) adını növbəti mərhələyə yazdırdı. "Neftçi" isə mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayır.

"İnter" Avroliqaya Premyer Liqamızın gümüş, "Neftçi" isə kubokun sahibi kimi qatılıb. Hər iki klubumuz əvvəllər bir neçə dəfə qitə miqyaslı turnirlərdə iştirak etdiyindən müəyyən təcrübəyə malikdilər. "Neftçi" hətta Avroliqanın qrup mərhələsində iştirak təcrübəsinə də malikdi. İndi "Neftçi" həmin uğurunu təkrarlamaq, "İnter" isə ilk dəfə buna nail olmaq üçün mübarizə aparır.

"Bankirlər"i bu dəfə daha güclü İsveç "Elfsborq"u ilə mübarizə gözləyir. 1904-cü ildə yaranan bu klubun indiki baş məşqçisi Klas İnqesson 2013-cü ildən bu vəzifədədi. "Sarı-qaralar" ev oyunlarını təmsil etdikləri şəhərin adını daşıyan və 17 800 azarkeş tutumu olan "Boras Arena"da keçirir. Ölkənin əsas çempionatı olan "Allsvenskan"da "Elfsborq" 5 dəfə (1935/36, 1938/39, 1939/40, 1961, 2006) qalib adını qazanıb. 6 dəfə isə (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) komanda çempionatın gümüş mükafatçısı olub. İsveçin ən titullu klublarından olan "sarı-qaralar" 5 dəfə finala çıxmaqlarına baxmayaraq, ancaq 2001 və 2003-cü illərdə ölkə kubokunu başı üzərinə qaldıra biliblər.
 
Komanda avrokuboklarda da uğurlu çıxışı ilə seçilir. 3 dəfə UEFA İntertoto Kubokunda finala çıxan isveçlilər 2 dəfə - 1980 və 2008-ci illərdə qalib olublar. İndiyə kimi, Çempionlar Liqasında 10 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, eyni sayda da məğlubiyyət yaşayıb. Avropa Liqasında isə 104 matçda iştirak edən İsveç təmsilçisi 41 qələbə, 20 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb. Bütövlükdə, bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb. Ötən avrokuboklar mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.

"Elfsborq" Avropa Liqasına ölkə kubokunu qazanmaqla vəsiqə qazanıb. "İnter"in rəqibi kubokun finalında "Helsinborq"la qarşılaşıb. "Sarı-qaralar" Lasse Nilsonun 54-cü dəqiqədə vurduğu yeganə qolla kubokun sahibi olublar. Komanda ölkə çempionatında ötən mövsümü 16 komanda arasında 6-cı yerdə tamamlayıb. Həmin mövsüm 30 oyun keçirən "sarı-qaralar" 12 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıblar. Rəqib qapılarına 49 top vuran komanda 34 qol buraxıb. Onu da bildirək ki, hazırda İsveç çempionatında yeni mövsüm davam edir və Klas İnqessonun yetirmələri 14 turdan sonra turnir cədvəlində 4-cü yeri tuturlar. Onlar 7 qələbə, 4 bərabərlik və 3 məğlubiyyət yaşayıblar. Rəqib qapılarına 21 top vuran komanda 13 qol buraxıb.

Son Azərbaycan kubokunun qalibi "Neftçi" isə Sloveniya təmsilçisi "Koper"lə mübarizə aparacaq. 1920-ci ildə yaranan kluba hazırda Ante Quberaç rəhbərlik edir. "Sarı-mavilər" matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 4047 azarkeş tutumu olan "Bonifika" stadionunda keçirir. İtaliyalı Rodolfo Vanoli komandanın hazırkı baş məşqçisidi və 2012-ci ildən bu vəzifədədi. Ölkənin əsas çempionatı olan "Prava Liqa"da "Koper" 1 dəfə (2009/10) qalib adını qazanıb. 2 dəfə isə (2007/08, 2013/14) komanda çempionatın gümüş mükafatçısı olub. "Sarı-göylər" 2 dəfə - 2005/06, 2006/07 mövsümündə ölkə kubokunun qalibi olublar. Son mövsümdə bu komanda ölkə çempionatını ikinci pillədə başa vurub. 10 komandadan, dörd dövrədən ibarət çempionatda "Koper" yalnız çempion "Maribor"dan geri qalıb. Əsas rəqibindən 8 xal az toplayan "Neftçi"nin rəqibi 36 oyuna 21 qələbə ilə 69 xala malik olub. 6 görüşdə heç-heçə edib, 9 oyunda uduzan "Koper" rəqib qapılarından 52 top keçirib, öz qapısında 36 qol görüb.
 
Klubun avrokuboklardakı nəticələri də çox ürəkaçan deyil. Bu vaxta qədər 4 dəfə (2006/07, 2007/08, 2008/09, 2011/12) Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparan komanda ancaq beşinci cəhdində, yəni bu mövsüm mərhələ adlaya bilib. Slovenyalılar Monteneqro "Çelik"ini üzərində qələbə (5:0, 4:0) qazanaraq, "Neftçi"yə rəqib olub. "Koper" 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan komanda Zaqreb "Dinamo"suna (Xorvatiya) məğlub olaraq (3:0, 1:5), ÇL-lə vidalaşıb.

Göründüyü kimi, təmsilçilərimizin rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Koper"lə "Elfsborq" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. "İnter"ə səfər oyununda vurulacaq qol və qollar çox vacibdi. Qol vurub, buraxmamaq təbii ki, komandamıza əlavə üstünlük qazandıracaq. Amma "bankirlər"in səfərdən qollu heç-heçə ilə dönməsi də qənaətbəxş sayıla bilər. "Neftçi" isə cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməlidi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdı ki, bir həftə sonra Sloveniyada keçiriləcək cavab görüşündə işi çətin olmasın.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.625 reytinq xalı var. Bu mövsümə ölkəmizə 0.500 xalı "İnter", 0.250 xalı isə "Qarabağ" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

"İnter" 4.425 xalla klub sıralamasında Avropanın 269-cu komandasıdı. "Neftçi" isə 7.425 reytinq xalı ilə 188-cidi. Rəqiblərə gəlincə, "Elfsborq" 9.865 xalla 143-cü, "Koper" də 3.850 xalla 289-cudu.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
(ilk oyunlar)
17 iyul

20:00. Neftçi - Koper
Baş hakim: Denis Şerbakov (Belarus).
Bakı. "Bakcell Arena".

21:00. Elfsborq - İnter
Baş hakim: Davide Massa (İtaliya).
Boras. "Boras Arena".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.