18 iyul 2014 00:01
XL bu gün ikinci sınaq matçına çıxacaq
Sloveniya toplanışını davam etdirən "Xəzər Lənkəran" sabah ikinci yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar" Latviyanın "Yurmala" komandasını sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 20:30-da "Bakovçı" qəsəbəsinin stadionunda start götürəcək.
