17 iyul 2014 23:45
Elfsborqun məşqçisi: Biz 3 və ya 4 cavabsız qolla da uduza bilərdik
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Milan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
"Biz pis oynadıq. Müdafiədə kobud səhvlər buraxdıq. Halbuki, ikinci hissədə bir qədər artırmışdıq. Bakıda tam fərqli oynayacağıq. Bizim hələ şansımız qalır və bundan yararlanmağa çalışacağıq. "İnter" yaxşı komandadı. Amma bu gün həm də bizim günümüz deyildi. Rəqib hətta 3 və ya 4 cavabsız qolla qalib gələ bilərdi. Bir sözlə hər şeyə ilk oyunda aydınlıq gəlməsi mümkün idi".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Bakıda keçiriləcək.
