17 iyul 2014 12:35
Rəvanın sabiq futbolçusu Danimarka klubunda
Rəvanın sabiq futbolçusu Oke Akpoveta özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Danimarkada çıxış edəcək.
Nigeriyalı forvard "Viborq"la razılığa gəlib.
Xatırladaq ki, Akpoveta son mövsümdə qısa bir müddət ərzində Azərbaycan klubunda çıxış etmiş, amma ölkəmizi erkən tərk etmək məcburiyyətində qalmışdı.
