17 iyul 2014 23:35
Koperin kapitanı: Favoritin kim olduğunu göstərdik
Sloveniyanın "Koper" klubunun kapitanı İviça Quberaç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Oyuna qədər "Neftçi" favorit sayılırdı, amma biz əsl favoritin kim olduğunu göstərdik. Rəqib çox kobud oynayırdı. Biz də buna dözə bilmirdik. Əsas odu ki, səfər oyununda istədiyimiz nəticəni qazana bildik".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
