17 iyul 2014 23:25
Hadjiç: Neftçini keçmək üçün çox yaxşı şans qazandıq
Sloveniyanın "Koper" klubunun futbolçusu Damir Hadjiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Neftçi" çox yaxşı komandadı. Buna baxmayaraq, biz öz oyunumuzu göstərə bildik və rəqib üzərində qələbə qazandıq. Artıq bizim üçüncü təsnifat mərhələsinə çıxmaq üçün çox yaxşı şansımız var".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
