17 iyul 2014 23:15
Kaue: Məğlubiyyətə layiq deyildik
"Neftçi"nin futbolçusu Kaue Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Biz pis oynamadıq. Məğlubiyyətə layiq deyildik. Görünür, nəsə çatışmadı. Rəqib müdafiədə güclü oynadı. Amma biz müdafiədə səhvə yol verən kimi, bundan yararlandılar. Fikrimcə, hələ bizim növbəti mərhələyə adlamaq şansımız qalır".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
