17 iyul 2014 23:05
Araz Abdullayev: Neftçi hələ mərhələ adlamaq şansını itirməyib
"Neftçi"nin futbolçusu Araz Abdullayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Bütün oyunboyu hücum etdik. "Koper" isə bizə mənasız qollar vurdu. Qarşıda daha 90 dəqiqə var. Biz hələ şansımızı itirməmişik".
Bu komandalar arasındakı cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.
