17 iyul 2014 11:34
İbrahim Karqbo təkzib etdi
"Bakı"nın sabiq müdafiəçisi İbrahim Karqbo Syerra Leone yığmasının CAR-la oyununda nəticəni öncə razılaşdıran futbolçular sırasında adının hallanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bu xəbərləri təkzib edib:
"Bu xəbər həqiqəti əks etdirmir. Bu məlumatları kim yayıb, başa düşə bilmirəm. Yəqin ki, Samuel Barlayla mən həmin jurnalistlərə nəsə etmişik. Mən heç vaxt oyun satmamışam. Həm də biz CAR yığmasına heç vaxt uduzmamışıq".
