17 iyul 2014 11:01
Xəzər Lənkəran Arsenal ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın daha bir rəqibi müəyyənləşib. Azerisport.az zəbər verir ki, cənub təmsilçisi Rusiyanın Premyer Liqasına yenicə vəsiqə qazanan "Arsenal"la üz-üzə gələcək.
Oyunun iyulun 27-də keçirilməsi nəzərdə tutulub. Məlumatı Rusiya mətbuatı yayıb.
