17 iyul 2014 22:35

Böyükağa Hacıyev: Koperi keçsək də, istefa verərəm

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib

"Buraxılan iki qol bizim üçün gözlənilməz oldu. Heç bir məşqçi qapıçısının, futbolçularının belə səhvlər buraxmasını istəməz. Amma futbolda belə də olur. İkinci hissədə biz rəqibi təzyiq altında saxlasaq da, heç nə alınmadı. Qol vəziyyətlərimiz oldu. Rəqib öz qapısına çox qapanmışdı. Onlar öz adi futbollarını oynadılar. Cavab oyununda onlara sürpriz hazırlamağa çalışacağıq.

Ruslan Qurbanovun qol vurduğu epizodda heç nə yox idi. Təkrarara baxmaq lazımdı. 1:2 başqadı, 2:2 başqa. Qol hesaba alınmalı idi.

İstefa çağırışları? Bu şüarların kimə ünvanlandığını bilmədim. Komandanın baş məşqçisi mənəm və məsuliyyəti öz üzərimə götürməyə hazıram. Azarkeşlər hər zaman yeni nəsə görmək istəyirlər. Yəqin ki, əcnəbi məşqçi gətirilməsini gözləyirlər.

Oyundan sonra niyə ehtiyat oyunçular skamyasında oturmuşdum? Bəli, düşünürdüm ki, getmək vaxtı deyi ki? İstefadan qorxmuram. Hətta mərhələni keçsəm belə, gedə bilərəm.

Hər bir evdə, ailədə narazılıq ola bilər. "Neftçi"də də problemlər var. Bu, xalqın komandasıdı. Görünür, mənim xidmətlərim heç nəyə yaramayıb.

"Neftçi"nin göstərdiyi oyun gözünüzün önündədi. Mən həmişə hücum futboluna üstünlük vermişəm. Bundan sonra da elə olacaq. Mənim istefamdan daha çox jurnalistlər itirmiş olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.