17 iyul 2014 22:45
Neftçi - Koper matçından sonra qalmaqal
"Neftçi" - "Koper" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib.
Belə ki, jurnalist Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Bundan əsəbləşən Böyükağa Hacıyev jurnalistlər söz davasına çıxıb. Bu zaman Hacıyevin oğlu Yusif Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərib. Yusif zaldan çıxarılandan az sonra Hacıyevin böyük oğlu Rüstəm də otağa girməyə çalışıb. Amma Böyükağa Hacıyev ondan zalı tərk etməyi tələb edib.
