17 iyul 2014 22:30
Tahir Süleymanov istefa verdi
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasında Sloveniya "Koper"inə qarşı oyunu (1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz son 4-5 ildə çox böyük uğurlara imza atdıq. Bu gün də yaxşı oynadıq. "Koper" biz qalib gəlmədi, biz özümüz onlara uduzduq. Bütün oyun tək qapıya keçdi. Əgər növbəti mərhələyə vəsiqə qazana bilməsək, heç kim klubda qalmamalıdı. Şəxsən mən Sloveniyaya getməyəcəm. Bu dəqiqədən etibarən mən artıq "Neftçi"də yoxam".
