17 iyul 2014 18:30
Millimiz Dortmund Borussiyası ilə sülh bağladı
Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Borussiya" (Dortmund) klubunun nəzdindəki U-16 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Pilağa Mehdiyev və Mustafa Erboğa fərqlənib. (AFFA)
