17 iyul 2014 18:00
Mətbuat nümayəndələri Bakının namizədliyini dəstəkləyir
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Azerisport.az xəbər verir ki, baş katib Elxan Məmmədov və Kütləvi İnformasiya Vasitələri nümayəndələri birgə Bakı şəhərinin AÇ-2020-nin oyunlarına namizədliyini özündə əks etdirən bannerlə şəkil çəkdirib və mətbuat nümayəndələri bununla Bakının namizədliyinə öz dəstəyini nümayiş etdirib. (AFFA)
