17 iyul 2014 17:55
Aqil Məmmədovla Ceyhun Sultanov Ali Daei ilə görüşdü
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov və komandanın baş meneceri Ceyhun Sultanov "Perspolis"lə yoxlama oyunundan əvvəl rəqibin baş məşqçisi, əslən azərbaycanlı olan Ali Daei ilə görüşüb. Azerisport.az xəbər verir ki, qarşılaşmadan əvvəl tərəflər arasında fikir mübadiləsi aparılıb.
Azərbaycanlılardan qurulmuş gənc komandanın formalaşdırılmasını alqışlayan 45 yaşlı mütəxəssis komandamıza gələn ay start götürəcək milli çempionat oyunlarında uğurlar arzulayıb. (klub saytı)
