17 iyul 2014 17:45
Qarabağ qayıdan kimi başladı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Malta "Valletta"sı üzərində qələbə qazanan "Qarabağ" artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, komandamız bu gün 02:00 raddələrində Malta - İstanbul - Bakı reysi ilə vətənə qayıdıb.
"Qarabağ" iyulun 22-də cavab görüşünə çıxacaq. Elə bu gündən etibarən komanda istirahət etmədən məşqlərə başlayır. Ağdamlıların məşqi 19:00-a təyin olunub.
Bir daha qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu iyulun 22-də keçiriləcək və saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. (klub saytı)
