17 iyul 2014 17:30
"Elfsborq ciddi klubdu, onu Qarabağın yendiyi Qefle ilə müqayisə etməyin"
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Anatoli Ponomaryov Bakı "İnter"inin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "İnter"in son oyunlarını görməmişəm. Buna görə də Bakı komandasının oyunu barədə nəsə deyə bilmərəm. "Elfsborq"a gəlincə, bu, ciddi klubdu. Bu komandanı "Qarabağ"ın ötən il qarşılaşdığı "Qefle" ilə müqayisə etməyinizi məsləhət görməzdim. "Elfsborq"un büdcəsi son illərdə xeyli artıb, yaxşı heyəti var. Daha çox uzun ötürmələrdən istifadə edirlər. Buna görə də "İnter"ə çətin olacaq. Onlara bu gün səfərdə qol vurmaq lazımdı".
