17 iyul 2014 17:15
İqor Ponomaryov Elfsborq - İnter matçında
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov bu gün İsveçdə keçiriləcək yerli "Elfsborq"la Bakı "İnter"i arasındakı Avroliqa matçını canlı izləyəcək. Azrisport.az saytına bu barədə Ponomaryovun oğlu, millimizin sabiq yarımmüdafiəçisi Anatoli məlumat verib.
Qeyd edək ki, İqor Ponomaryov 20 ildən çoxdu İsveçdə yaşayır.
