Oğuz Çətin: Mustafa Dənizli Fatih Terimlə müqayisədə daha fərqlidi
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis Terim üzündən yığma komandaya baş məşqçi təyin olunmadığını deyib:
“2005-ci ildə milli komandaya bir məqsəd üçün başladım. Mənimlə birlikdə, digər baş məşqçi köməkçilərinin də fikri Fatih Terimdən sonra bu posta yiyələnməkdi. Terimdən sonra Hiddink gəldi. Onunla işləməyimizdə də məqsəd eyni idi. Çünki kifayət qədər təcrübəm vardı və məşqçi olaraq milli komanda ilə 80 matça çıxmışdım. Bizə dəstək verməli idilər. Lakin Terim bizə yol açmadı. “Həmişə mənə, həmişə mənə” deməklə olmaz. Amma Mustafa Dənizli elə insan deyil. O, daha fərqlidi”.
Qeyd edək ki, Çətin 2005-2009-cu illər ərzində Türkiyə millisində baş məşqçi Fatih Terimin köməkçisi işləmişdi.
