17 iyul 2014 15:21
Argentina klubu Land of fire Azerbaijandan imtina etdi
"Argentina"nın "San Lorenso" klubu Azərbaycanın "Land od fire Azerbaijan" reklamından imtina edib. Azerisport.az xəbər verir ki, Azərbaycan tərəfi sözügedən kluba çox sərfəli təklif irəli sürsə də, onlar bundan imtina ediblər.
Amma imtinanın səbəbləri barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, "Azerbaijan Land of Fire" İspaniyada Madrid "Atletiko"sunun, Fransada "Lans"ın, İngiltərədə isə "Şeffild Uensdey"in titul sponsorudu.
