17 iyul 2014 14:47
Ruslan Qurbanov: Hədəfimiz Koperə qalib gəlməkdi
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, biz oyuna hazırıq. "Koper"ə hörmətlə yanaşırıq. Amma ev oyununda heç-heçə oynamağa hazırlaşmırıq. Məğlubiyyət haqda ümumiyyətlə düşünmürük. Bizim yeganə hədəfimiz qələbə qazanmaqdı. Bizi 2:0 hesablı qələbə qane edər. Əminəm ki, maraqlı oyun olacaq. Əgər daha çox qol vursaq, lap yaxşı olar. Fanatlarımızı sevindirmək istəyirik".
