17 iyul 2014 14:25
Neftçi - Koper matçına 6 min bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa artıq 6000 bilet satılıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.
