17 iyul 2014 14:14
Azərbaycan Avroliqa ilə ÇL-in finalını keçirməyə namizəd olacaq
Azərbaycan paytaxtı Bakı UEFA Çempionlar Liqası və Avropa Liqasının finalına ev sahibliyi edə bilər. Azerisport.az xəbər verir ki, AFFA bu turnirlərin həlledici oyunlarını keçirmək üçün namizədliyini hazırda Bakıda inşa olunan Olimpiya stadionu tam hazır olduqdan sonra irəli sürəcək.
Qeyd edək ki, sözügedən arena gələn il istifadəyə veriləcək.
