17 iyul 2014 14:03
Elxan Məmmədov: Əminəm ki, Bakı AÇ-ni keçirəcək 13 şəhər sırasında olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, AÇ-2020-nin keçiriləcəyi 13 şəhərin seçiləcəyi günü səbrsizliklə gözləyirlər. Azerisport.az xəbər verir ki, həmin gün sentyabrın 19-na təsadüf edəcək:
"İndi 19 namizəd qalıb. Onların arasından 13-ü seçiləcək. Biz artıq öz sifariş kitabımızı vermişik. Bu yöndə bizə yardımçı olanlara təşəkkürümüzü bildiririk. Əminəm ki, Bakı ən yaxşılar arasında olacaq. Coğrafi baxımdan biz digər bütün namizədlərə yaxınıq".
