17 iyul 2014 22:50

İnter Elfsborqa səfərdə qalib gəldi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.

Premyer Liqamızın gümüş mükafatçısı bu mərhələdə İsveç "Elfsborq"u ilə mübarizə aparır. Hansı ki, bu komanda mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən start verib. "Bankirlər" isə ilk təsnifat mərhələsində Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmışdı - 3:2, 3:1.

"İnter"ə səfər oyununda vurulacaq qol və qollar çox vacib idi. Qol vurub, buraxmamaq təbii ki, komandamıza əlavə üstünlük qazandıracaqdı. Amma "bankirlər"in səfərdən qollu heç-heçə ilə dönməsi də qənaətbəxş sayıla bilərdi. Sevindirici haldı ki, təmsilçimiz böyük uğura imza ataraq səfərdən sərfəli qələbə ilə qayıdıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(ilk oyun)
17 iyul

Elfsborq - İnter - 0:1 (0:1)
Qol: S.Georgiyevski, 29 (0:1).
Sarı vərəqə: D.M.Kolli, 12, V.Klaesson, 40, A.Svensson, 44, M.Şpiçiç, 49, A.Klarström, 53, Y.Yönsson, 53, Y.Larsson, 83.
Baş hakim: Davide Massa (İtaliya).
Boras. "Boras Arena".

ELFSBORQ: 30. Abbas Hassan, 6. Yon Yönsson, 7. Yohan Larsson (k), 12. Sebastyan Holmen, 15. Andreas Klarström (20. Adam Lundqvist, 62), 8. Anders Svensson, 25. Markus Rohden, 10. Mikkel Bekmann, 16. Viktor Klaesson (19. Simon Hedlund, 86), 17. Per Frik (9. Lars Nilsson, 69), 24. Viktor Prodell.
Ehtiyat oyunçular: 1. Kevin Elleqor, 11. Daniel Mobek, 13. Arber Zeneli, 21. Henninq Hauqer.
Məşqçi: Yan Miyan.
İNTER: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro (4. İvan Benites, 90+3), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 74), 28. Baçana Sxadadze (9. Mirzağa Hüseynpur, 63).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.