Neftçi Koperə məğlub oldu
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Neftçi" də ilk sınağına çıxıb.
Azərbaycan Kubokunun qalibi Sloveniya "Koper"i ilə mübarizə aparır. Hansı ki, bu komanda ilk təsnifat mərhələsində Monteneqro "Çelik"inə iki oyunun nəticəsinə (5:0, 4:0) görə 9 cavabsız qol vurmuşdu.
"Neftçi" cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməliydi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıydı ki, bir həftə sonra Sloveniyada keçiriləcək cavab görüşündə işi çətin olmasın. Lakin təəssüf ki, komandamız ilk görüşdə arzuolunmaz məğlubiyyətlə üzləşib.
Bu komandalar arasındakı cavab matçı iyulun 22-də Koperdə keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
Neftçi - Koper - 1:2 (1:2)
Qollar: Q.Qaleşiç, 24 (0:1). M.Palçiç, 41 (0:2), A.Abdullayev, 45+1 (1:2).
Sarı vərəqələr: K.Kardoso, 52, İ.Quberaç, 52, Flavinyo, 54, D.Haliloviç, 67, E.Ramos, 90.
Baş hakim: Denis Şerbakov (Belarus).
Bakı. "Bakcell Arena".
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 78), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 18. Kaue (19. Mirhüseyin Seyidov, 59), 27. Məqsəd İsayev, 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 73).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
KOPER: 25. Bojidar Radoçeviç, 5. Miha Blajiç, 7. İviça Quberaç (k), 11. Periça İvetiç, 16. Denis Haliloviç, 20. Domen Çrniqoy, 14. Qoran Qaleşiç (10. Mitya Lotriç, 83), 27. Damir Hadjiç, 29. Matey Palçiç (3. Miha Qreqoriç, 87), 30. Yaka Ştromayer (49. Matey Puçko, 66), 33. Miroslav Çovilo.
Ehtiyat oyunçular: 1. Ermin Hasiç, 4. Denis Şme, 8. Urban Jibert, 18. Leo Ştulaç.
Baş məşqçi: Rodolfo Vanoli.
