17 iyul 2014 13:52
"Legioner statusu ilə bağlı türkiyəli həmkarlarımızla danışıqlar aparmışıq"
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, azərbaycanlı və türkiyəli futbolçuların iki qardaş ölkədə legioner sayılmaması məsələsi ilə bağlı Türkiyə Futbol Federasiyası ilə danışıqların hansı vəziyyətdə olmasından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Türkiyə Super Liqasında çıxış etmək istəyən futbolçumuzun olmaması fikri ilə razı deyiləm. Kamran Ağayev rahatca bu çempionatda oynaya bilər. Biz Türkiyəli həmkarlarımızla legioner statusunun aradan qaldırılması barədə müzakirələr aparmışıq. Əgər türklər buna razılıq versələr, bu, həqiqətən bütün türk dünyası üçün faydalı bir qərar olacaq".
