17 iyul 2014 01:40
AZAL Boluda ilk məşqinə çıxdı
Yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərində olan AZAL qardaş ölkədə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, yerli vaxtla 18:30-da başlayan və təxminən saatyarım davam edən hazırlıq “Koru” otelinin meydançasında baş tutub.
Baş məşqçi Tərlan Əhmədov futbolçuları çox yükləməyərək yüngül məşq və təmrinlərlə kifayətlənib. Xoş ab-havada keçən məşqdə hətta baş məşqçi və köməkçiləri – Vadar Nuriyevlə Mais Əzimov da “kvadratlar” zamanı futbolçularla birgə oynayıb.
Bu gün AZAL-ın iki məşqi nəzərdə tutulub.
