17 iyul 2014 13:30

Azərbaycan millisindən yeni rekord

Millimiz FIFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisinə imza atıb. Azerisport.az xəbər verir ki, iyul ayı üçün reytinq cədvəlində millimizin göstəricisi ötən ayla müqayisədə, daha 10 pillə yaxşılaşıb və komandamız 410 xalla 73-cü pillədə qərarlaşıb.

İndi yığmamızın qonşuları 72-ci pillədə qərarlaşmış Bolqarıstan və 74-cü olan Makedoniyadı.

Xatırladaq ki, buna qədər millimizin FIFA reytinqində ən yüksək göstəricisi ötən ay yüksəldiyi 83-cü pillə idi.

Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 14-cü (1056 xal), Xorvatiya 17-ci (955 xal), Norveç 53-cü (520 xal), Bolqarıstan 72-ci (425 xal), Malta 150-ci (146 xal) pillədə qərarlaşıb.

Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 22-ci pillə, 898 xal. Rusiya 23-cü (897 xal) pillədə qərarlaşıb. Ermənistan 41-ci (635 xal), Özbəkistan 52-ci (523 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Belarus (81-ci yer, 376 xal), Gürcüstan (96; 338), Estoniya (92; 345), Moldova (102; 325), Litva (104; 312), Latviya (103; 314), Qazaxıstan (127; 220), Tacikistan (124; 232), Türkmənistan (141; 183) və Qırğızıstan (144; 176) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 714 xalla 32-cidi.

Ayın ən yaxşı komandası 25 pillə irəliləmiş Törks və Kaykos adaları millisi olub. 53 pillə geriləmiş Salvador millisi isə ayın ən pis göstəricisinə imza atıb.

İlk onluq isə belə sıralanıb:

Almaniya (1724 xal), Argentina (1606 xal), Hollandiya (1496 xal), Kolumbiya (1492 xal), Belçika (1401 xal), Uruqvay (1330 xal), Braziliya (1241), İspaniya (1229 xal), İsveçrə (1216), Fransa (1202 xal).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.