17 iyul 2014 01:10
Xəzər Lənkəranın sabiq baş məşqçisi İtaliya klubunda
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Viktor Pasulko özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra İtaliyada çalışacaq.
Belə ki, ukraynalı mütəxəssis bu ölkənin "Orlandina" klubu ilə anlaşıb. Bu komanda D Seriyasının 1-ci qrupunda mübarizə aparır.
Xatırladaq ki, Pasulko 2005-06 mövsümündə "Xəzər Lənkəran"da çalışıb.
