17 iyul 2014 01:00

Elfsborqun məşqçisi: İlk oyunda bizi 10:0 qane edər

İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan azerisport.az saytının suallarına cavab verib

- Avropa Liqasının ikinci təsnifat mərhələsində rəqibiniz olacaq Bakının "İnter" komandası haqda hansı məlumatlarınız var?
- Azərbaycan təmsilçisi haqda kifayət qədər məlumat toplamışıq. "İnter" pis komanda deyil. Kifayət qədər yaxşı futbol oynayırlar. Hazırlığımız normal gedib. Ümid edirəm ki, ilk oyunda sərfəli nəticə qazanacayıq. Doğma divarlar bizə kömək etməlidi. Mənə məlumdu ki, Bakıdakı oyunumuz çətin olacaq. "İnter" evdə daha inamlı oynayır. Səfərdə vurulan qol çox vaxt komandaya kömək edir. Ona görə müdafiədə daha çox diqqətli olmalıyıq. Bununla belə etiraf edirəm ki, hücum futbolu nümayiş etdirəcəyik.

- "Tiraspol" ilə "İnter"in Moldovadakı oyununu klubunuzun nümayəndələri izləyib. Təhlillərdən sonra şansları necə qiymətləndirirsiz?
- Bu barədə ilk oyundan sonra danışmaq olar. Bakı klubuna gəldikdə, "İnter" 5-4-1 taktikasıyla mübarizə apardı. Moldovadakı oyunda "tiki-taka" futboluna oxşar oynadılar. İrəlida olan hücumçu top gözləyirdi, ona top çatanda təhlükəli olurdu. "İnter" uzun ötürmələrdən istifadə etmir. Qısa ötürmələrlə topu özündə saxlayır. Bununla o daha təhlükəli olur. Topun sizin futbolçularda qalmasına imkan vermək olmaz. Yoxsa bizə çətin olar. Topun sizdə olmasına şərait yaratmayacağıq.

- İlk oyun üçün İsveçdə hansı hesab sizi qane edəcək?
- 10:0 məni qane edər (gülür). Sözsüz ki, bu, zarafatdı. Biz "İnter"i ciddi rəqib kimi qəbul edirik. İlk matçda nəticənin xeyrimizə olmasını istərdik. Bunun üçün mübarizə aparacağıq. Doğma meydanda üstünlük qazanmalıyıq. Səfərə rahat yollanmaq istəyiriksə mütlər ilk oyunda uğur qazanmaq lazımdı. Bakıdakı oyunda bizi çətin anlar gözləyəcək. Futbolçularımız nə istədiyimizi gözəl bilir. Doğma meydanda bizi yalnız qələbə razı salacaq.

- Futbolçularınız mətbuata iddialı açıqlamalar veriblər. Sanki uğura artıq əmindilər...
- Biz rəqibə hörmətlə yanaşırıq. "İnter"i məğlub etmək istəyimizi gizlətmirik. Müəyyən fikirlər oyun ərəfəsində hər zaman səslənir. Bu sözlər diqqətimizi oyuna yönəltməkdə problem olmamalıdı. Avropa turnirlərində uğurlu çıxış etmək istəyirik. Ona görə ikinci mərhələni keçməliyik.

- "Elfsborq" "İnter"lə müqayisədə təcrübəli rəqibdi. Məğlub olacağınız halda bunu necə qəbul edəcəksiz?
- Rəhbərlik qarşımızda böyük hədəflər qoyub. Ötən il transferlərə çoxlu pul xərclədik. Yaxşı futbolçular aldıq. 3 il ərzində formalaşan "Elfsborq" avrokuboklarda stabil olaraq uğurlu çıxış etmək istəyir. Ötən il Çempionlar Liqasının pley-offunda "Seltik"ə uduzduq. Sonradan Avropa Liqasında qrup mərhələsində çətin oyunlarımız oldu. Pley-offdakı məğlubiyyət bizi maddi baxımdan çox geri saldı. Hazırkı mövsüm heyətimiz yaxşıdı, ona görə mümkün qədər irəli getmək istəyirik.

- Sizin komandada təcrübəli Stevensson oynayır. Həmim futbolçu İsveç millisiylə Bakıda da olub...
- Stevensson təcrübəli futbolçudu. Komandamızın gücünə güc qatır. Ona böyük ümidlərimiz var. Son matçda da 30 dəqiqə meydanda oldu. Yəqin ki, növbəti oyunlarda da bizə kömək edəcək. Vaxtilə İsveç millisiylə Azərbaycanda oynamasından xəbərdaram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.