17 iyul 2014 13:03

Bakının Tomaşla Leviqaya olan borcunu AFFA ödədi

Məlum olduğu kimi, "Bakı"nın sabiq futbolçuları Aleksandr Tomovski ilə Ruslan Leviqaya borcu olduğundan, onlar paytaxt klubunu FİFA-ya şikayət etmişdi. Azerisport.az xəbər verir ki, "zolaqlılar" iyulun 15-nə qədər bu borcu ödəməsəydi, dünya futbol qurumu tərəfindən sərt cəzalara məruz qalacaqdı.

Amma sözügedən futbolçuların borcu artıq ödənilib. Lakin həmin borcu "Bakı" özü yox, AFFA ödəyib. Bunu qurumun baş katibi Elxan Məmmədov açıqlayıb:

"Bakı"nın cəzalanmasını istəmirdik. Ona görə də borcun ödənilməsini öz üzərimizə götürdük".

Qeyd edək ki, Tomovskiyə 78 499, Leviqaya isə 59 975 ABŞ dolları ödənilib.

Lakin AFFA rəsmisi "Bakı"nı himayəsinə götürməyə hazırlaşmadıqlarını da bəyan edib:

"Bakı"nın AFFA-nın nəzarətinə keçəcəyi barədə xəbərlər həqiqəti əks etdirmir. Hafiz Məmmədov mənə "Bakı"nın Premyer Liqadakı çıxışını davam etdirəcəyini deyib".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.