17 iyul 2014 00:45
"Neftçi favorit olsa da, bizə mərhələ adlamaq lazımdı"
Sloveniyanın "Koper" klubunun idman direktoru Andrey Polşak Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Sloveniya mətbuatına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyunun hazırlığına cümə günündən başlamışıq. "Tolmina" ilə yoxlama matçında rəsmi oyunlarda forma şansı qazana bilməyən futbolçularımıza şans verdik. Azərbaycanda bzi ağır oyun gözləyir. "Neftçi" favoritdi. Amma biz səfərə yaxşı nəticə üçün yollanmışıq. Hansı ki, bizim növbəti mərhələyə keçməyimizə kömək edəcək".
