16 iyul 2014 12:52
Samir Abasov: Qarabağı bu oyuna görə tənqid etməzdim
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın sabiq futbolçusu Samir Abasov keçmiş komandasının Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdiyi ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbəni belə şərh edib:
"Komandanı bu oyuna görə tənqid etməzdim. Toplanışdan dərhal sonra komandadan baxımlı oyun sərgiləməyi gözləmək düzgün deyil. İndi əsas nəticədi. "Qarabağ" cavab oyunu öncəsi yaxşı nəticə qazandı. Komanda oyundan-oyuna daha da yaxşı çıxış edəcək. Əminəm ki, cavab görüşündə daha keyfiyyətli oyun izləyəcəyik".
