16 iyul 2014 12:41
Elvin Məmmədov Elfsborq ilə cavab matçını da buraxacaq
Bakı "İnter"inin yarımmüdafiəçisi Elvin Məmmədov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki rəqibləri olan İsveç "Elfsborq"u ilə cavab matçında da forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, onun ilk təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"u ilə oyunda aldığı zədə gözləniləndən də ciddi olub.
Bu üzdən də o, İsveçə aparılmayıb. Həkimlər hesab edirlər ki, Elvin meydana 15 gündən sonra çıxa bilər. Bu isə o deməkdi ki, Məmmədov "Elfsborq"la Bakıdakı oyunda da komandasına kömək edə bilməyəcək.
