16 iyul 2014 12:18

Erik Ramos: Bakıda qol buraxsaq, səfərdə işimiz çətin olacaq

"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi

- Komandanız Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibiniz Sloveniya "Koper"i ilə oyuna hazırdı?
- Fikrimcə, biz Türkiyə və Avstriyada yaxşı toplanış keçmişik. Yaxşı komandalarla yoxlama oyunlarında qüvvəmizi sınadıq. Bu hazırlıq nəinki "Koper"lə oyun, həm də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız üçün yetərli hesab oluna bilər.

- Rəqib barədə nə deyə bilərsiz?
- "Koper"in oyunlarına baxmışam. Yaxşı komandadı. Sloveniya futbolu hazırda yaxşı səviyyədədi. Ucaboy və fiziki cəhətdən güclü futbolçuları var.

- Bəs "Neftçi" son mövsümlə müqayisədə güclənib?
- Hə, hesab edirəm ki, biz daha güclü olmuşuq. Heyətdəki dəyişiklərə baxmayaraq, indi daha güclüyük. Düzdü, "Koper" də ötən mövsüm uduzduğumuz Albaniya "Skenderbeu"su ilə müqayisədə güclüdü. Belədə, bizi ciddi qarşıdurma gözlədiyini demək olar.

- "Koper" Monteneqro "Çelik"i ilə oyunda 9 cavabsız qol vurmaqla çox güclü olduğunu göstərdi...
- Biz ötən mövsüm albanları keçməyə borclu idik. Amma bəxtimiz gətirmədi. Bu mövsüm elə olmayacaq. "Koper"in 9 qol vurmasına gəlincə, onlar zəif komanda ilə oynayırdılar. Bu qədər qol bizi qorxutmamalıdı. Yəqin ki, siz bizim də "Koper"ə qarşı monteneqrolular kimi oynayacağımızı düşünmürsüz.

- Siz razısız ki, "Koper" indi "Neftçi"dən daha yaxşı formadadı? Ən azından onlar iki rəsmi oyun keçiriblər...
- Ola bilər. Psixoloji planda da yüksəlişdədilər. Amma bu, onların bizimlə oyunlarda favorit olmasına əsas vermir. Yoxlama oyunlarındakı kimi çıxış etsək, uğur bizim tərəfimizdə olacaq.

- İlk oyundan nə gözləyirsiz?
- Ümid edirəm ki, qol buraxmadan qələbə qazanacağıq. Əgər qol buraxsaq, cavab görüşündə işimiz çətin olacaq. Mütləq qol vurmalıyıq. Bir qoldan daha çox vura bilsək, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq şansımız daha da artmış olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.