16 iyul 2014 00:01

"Azərbaycanda da İnter adlı klubun olduğunu bilmirdim"

İsveçin "Elfsborq" klubunun yarımmüdafiəçisi Markus Rohden Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Bakı "İnter"indən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

"İsveçdə hazırda çempionatın davam etməsi bizim üçün üstünlükdü. Təəssüf ki, son turda az qala məğlub olacaqdıq. Son anda məğlubiyyətdən qaça bildik və bir xal qazandıq. Halbuki, qələbə "İnter"lə oyuna daha yaxşı əhval-ruhiyyədə hazırlaşmağımıza kömək edə bilərdi. Bakılıları ev oyununda məğlub etməliyik ki, səfərə rahat yollanaq".

İsveç klubunun futbolçusu "İnter" barədə məlumatının olmadığını da etiraf edib: "Sadəcə, klubunuzun adını bilirəm. İtaliya və Finlandiyada da bu adda komanda olduğundan xəbərim var. Amma Azərbaycanda da bu adda komandanın olduğunu bilmirdim. İstənilən halda, rəqibə hörmətlə yanaşırıq. Bilirəm ki, ilk təsnifat mərhələsindəki rəqiblərin iki oyuna altı qol vurublar. Deməli, yaxşı hücum xətti olan komandadı. Həmin qollara baxmışam. Amma oyunlarını izləməmişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.