16 iyul 2014 11:56
Azərbaycan Rusiyaya qarşı
Azərbaycanın tələbələrdən ibarət futzal yığması Malaqada təşkil olunan sayca 14-cü dünya çempionatında bu gün üçüncü oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Rusiya olacaq.
Qeyd edək ki, yığmamız dünya çempionatındakı ilk oyununda Belarusa 1:5 hesabıyla uduzub, Omana isə 6:5 hesabıyla qalib gəlib. Rusiya isə əvvəlki oyunlarının hər ikisindən qalib ayrılıb.
Qrupdakı durum: Rusiya - 6 xal, Belarus, Azərbaycan - 3, Oman - 0.
