Vanoli Neftçini Braziliya yığması ilə müqayisə etdi
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Neftçi" taktiki cəhətdən güclü komandadı. Üstəlik, texnikalı futbolçulara malikdi. Müdafiə zamanı altı futbolçu ilə oynayırlar. Amma Braziliyanın da güclü futbolçuları vardı və onların DÇ-də hansı aqibətlə üzləşdiklərini hamınız gördünüz. Güclü futbolçular uğurun zəmanəti ola bilməz. Mən həmişə inamlı danışıram. Çünki futbolçularım da bu əminliyimi hiss etməlidilər. Bizim şəhər öz komandalarını sevir və bizdən uğur gözləyirlər. Biz də öz gücümüzə inanmalıyıq".
