16 iyul 2014 20:00
Koperin kapitanı: Bakıdakı isti hava oyunumuza təsir göstərəcək
Sloveniyanın "Koper" klubunun kapitanı İvitsa Quberaç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Sabah güclü komandaya qarşı oynayacağıq. Buradakı isti hava da oyunumuza təsir göstərə bilər. Buna baxmayaraq, meydanda var gücümüzlə mübarizə aparacağıq. Etiraf edim ki, biz rəqibin oyunu barədə yox, öz oyunumuzu düşünürük. Bizə "Neftçi"dən də güclü rəqib düşə bilərdi. Çalışacağıq ki, öz oyunumuzu sərgiləyib, mərhələ adlayaq".
