16 iyul 2014 19:25
"Azərbaycanda mənə UEFA Kubokunda 3-cü yeri tutduğumuza görə mükafatı vermədilər"
Azərbaycanın "Araz" futzal klubunun sabiq serbiyalı oyunçusu Marko Periç keçmiş komandasından narazı ayrılıb. Bu barədə azerisport.az saytına futbolçunun özü məlumat verib:
"Araz"ı ona görə tərk etdim ki, mənə gələcəkdə bu klubun ancaq yerli futzalçılara üstünlük verəcəyini dedilər. Komandadan ayrılan kimi bir neçə təklif aldım və İtaliyanın "Real Rieti" klubu ilə müqavilə imzaladım. "Araz"la xüsusi problemim yoxdu. Sadəcə, UEFA Kubokunda üçüncü yeri tutduğumuza görə verməli olduqları mükafatı almamışam. Söz versələr də, pulu ödəmədilər. Heç nə qədər verməliydilər, onu da bilmirəm".
